BDU tələbələri elmi tədqiqatlarda aktiv iştirak edirlər

14/01/2026

Elmi yenilikləri və innovasiyaları tədris prosesinə tətbiq etməklə “təhsil-elm-istehsalat” formatında fəaliyyət göstərmək, tələbələrdə tədqiqatçılıq vərdişlərinin formalaşdırmaq, beynəlxalq əməkdaşlığı yeni müstəviyə yüksəltmək, dünyanın tanınmış ali təhsil müəssisələri ilə tələbə-müəllim mübadiləsi həyata keçirmək, elmi nəticələri istehsalatda tətbiq etmək, ölkənin və cəmiyyətin sosial-iqtisadi problemlərinin həllində iştirak edən “Tədqiqat Universiteti”nə çevrilmək BDU-nun gələcəyə baxışının əsas tərkib hissəsini təşkil edir.

Bu gün BDU tələbələri elmi seminar və konfranslarda məruzələrlə çıxış edir, elmi-tədqiqat mövzuları üzrə tədqiqatlara cəlb olunur. Tədris prosesində tələbələrə alınmış elmi nəticələr haqqında məlumatlar verilir. Təhsil-elmi-tədqiqat ekosistemi tələbələrin bilavasitə elmi-tədqiqat mühitində formalaşmasına, yeni prioritet elmi istiqamətlərdə elmi məktəblərin yaranmasına şərait yaradır.

BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında qrafen oksidin (QO) butadien-nitril kauçuku (BNK) əsaslı kompozit materialın struktur, termiki, optik və elektrik xüsusiyyətlərinə təsirinin araşdırılması üzrə aparılan tədqiqatlarda aktiv iştirak edən SABAH qruplarının magistratura səviyyəsinin II kurs tələbələri Lalə İsayeva və Rəşidə Hüseynzadənin həmmüəllifi olduqları “Nitril-butadien kauçuku/qrafen oksid nanokompozitlərinin optimal performansının əldə edilməsində hidrogen rabitəli interfazanın rolu” (The role of hydrogen-bonded interphase in achieving optimal performance of nitrile-butadiene rubber/graphene oxide nanocomposites) adlı məqalə “Scopus” bazasında Q1 kvartilli “Frontiers in Chemistry” jurnalında dərc edilib.

https://www.frontiersin.org/journals/chemistry/articles/10.3389/fchem.2025.1710575/full

İşdə qrafen oksid modifikasiya edilmiş Hummers metodu ilə sintez olunub və BNK/QO sistemi müxtəlif doldurucu konsentrasiyaların məhlul-koaqulyasiya və ardınca kükürd vulkanizasiyası yolu ilə hazırlanıb.

Müəyyən edilib ki, sistemə 1.0 kütlə hissə qrafen oksidin daxil edilməsi mexaniki və dielektrik xassələrin optimal səviyyədə formalaşmasına şərait yaradır. BNK-nın yağa davamlı elastomer kimi geniş tətbiqi nəzərə alınaraq, əldə olunan nəticələr bu kompozit materialların neft sənayesində tətbiqi baxımından praktik əhəmiyyət daşıyır.

 

Xəbərlər

BDU tələbələri elmi tədqiqatlarda aktiv iştirak edirlər

BDU tələbələri elmi tədqiqatlarda aktiv iştirak edirlər
14/01/2026

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçiriləcək

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçiriləcək
13/01/2026

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb
12/01/2026