BDU tələbələri ETİHİ Respublika Komitəsinin təşkil etdiyi “Yay düşərgəsi 2025”də

15/09/2025

Bakı Dövlət Universitetinin (BDU) tələbələri 8-13 sentyabr tarixlərində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə Komitənin Xaçmaz rayonundakı “Təhsil” İstirahət Mərkəzində keçirilən “Yay düşərgəsi 2025”də iştirak ediblər.

Düşərgənin bağlanış mərasimində çıxış edən BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zöhrab Cavadzadə tələbələrin inkişafına yönələn belə təşəbbüslərin davamlı olacağını diqqətə çatdırıb. O, son illər BDU THİK tərəfindən həyata keçirilən tədbirlərdən söz açaraq, qurumun Universitetin sosial həyatında mühüm rol oynadığını bildirib.

Qeyd edək ki, ənənəyə çevrilən düşərgənin əsas məqsədi tələbələrin maarifləndirilməsi və səmərəli istirahətinə şərait yaratmaq olub. Həmçinin düşərgə ali məktəb tələbələri arasında əlaqələrin genişlənməsi üçün əlverişli şərait təqdim edib.

Xəbərlər

BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat

BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat
15/10/2026

“Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün BDU-da infosessiya

“Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün BDU-da infosessiya
15/10/2026

BDU-da təlim: “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər”

BDU-da təlim: “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər”
15/10/2026