BDU tələbələri Fizika İnstitutunda istehsalat təcrübəsində

13/03/2024

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin lV kurs tələbələri Elm və Təhsil Nazirliyinin Həsən Abdullayev adına Fizika İnstitutunda istehsalat təcrübəsi keçirlər. İstehsalat təcrübəsinin əvvəlində tələbələrə institutun fəaliyyəti, buradakı laboratoriyalar və aparılan elmi-tədqiqat işləri barədə məlumat verilib. Tələbələr nanoquruluşlar, aşqarlar haqqında məlumatlar əldə edib, institutun laboratoriyalarında eksperimentlər aparıblar. Onlara “Perki Elmer LS-55 Luminessent” spektrometri, sintez peçi, multimetr avadanlıqlarının iş prinsipləri izah olunub. Tələbələr təcrübə müddətində CaS, Ga2S3  kimi müxtəlif metodlarla sintez oluna bilən birləşmələrin alınma texnologiyaları ilə də tanış olublar.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026