BDU tələbələri futzal üzrə Azərbaycan Tələbə Liqasında uğur qazanıblar

10/06/2026

Bakı Dövlət Universitetinin (BDU) tələbələrindən ibarət futzal komandası ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən futzal üzrə Azərbaycan Tələbə Liqasının 2025/2026-cı il mövsümünü uğurla başa vurub.

Elm və Təhsil Nazirliyi və Tələbə Futbol Federasiyası tərəfindən təşkil olunan Azərbaycan Tələbə Liqasının 2025/2026-cı il mövsümünün bağlanış mərasimində BDU komandası III yerə layiq görülüb.

Mövsüm ərzində komanda keçirdiyi oyunlarda əzmkarlıq, yüksək komanda ruhu və peşəkar hazırlıq nümayiş etdirib. Əldə olunan uğur tələbələrin idmana olan marağının, sağlam həyat tərzinin təşviqinin və Universitetdə idmanın inkişafına göstərilən diqqətin nəticəsi kimi qiymətləndirilir.

Qeyd edək ki, Azərbaycan Tələbə Liqası ölkənin müxtəlif ali təhsil müəssisələrini təmsil edən tələbə komandalarını bir araya gətirərək gənclər arasında idmanın inkişafına, dostluq münasibətlərinin möhkəmləndirilməsinə və sağlam rəqabət mühitinin formalaşdırılmasına xidmət edir.

 

Xəbərlər

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026