BDU tələbələri Fəxri xiyabanı və II Şəhidlər xiyabanını ziyarət ediblər

04/11/2023

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə bir qrup tələbə Fəxri xiyabanı və II Şəhidlər xiyabanını ziyarət edib.

Onlar Fəxri xiyabanda Ümummilli Lider, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarının önünə gül dəstələri düzüb, xatirəsinə dərin ehtiramlarını bildiriblər. Fəxri xiyabanda torpağa tapşırılmış görkəmli elm, ədəbiyyat, incəsənət, mədəniyyət xadimlərinin də məzarları ziyarət olunub.

Daha sonra tələbələr II Fəxri xiyabanda Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarlarının üzərinə gül dəstələri düzüb, onların əziz xatirələrini ehtiramla yad ediblər.

 

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026