BDU tələbələri Genetik Ehtiyatlar İnstitutunda istehsalat təcrübəsində

19/02/2026

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin IV kurs tələbələri Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda (GEİ) istehsalat təcrübəsinə başlayıblar.

Təcrübənin ilk mərhələsində tələbələr GEİ-nin Molekulyar genetika və genomika şöbəsi, Rüşeym plazması laboratoriyasının fəaliyyəti ilə tanış olublar. Onlara elmi tədqiqatların aparılması prinsipləri, əldə olunan nəticələrin istehsalatda tətbiqi mexanizmləri barədə ətraflı məlumat verilib, müasir cihaz və avadanlıqlar nümayiş etdirilib. Tələbələrə Milli Genbankda bitki genetik ehtiyatlarının mühafizəsi, qorunması və səmərəli istifadəsi istiqamətində görülən işlər barədə də məlumat təqdim olunub.

Təcrübə proqramı çərçivəsində tələbələr institutun digər şöbə və laboratoriyalarında da praktiki biliklər əldə edəcək, ixtisasları üzrə bacarıqlarını inkişaf etdirəcəklər.

 

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”
02/09/2026

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır
02/09/2026

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi
01/09/2026