BDU tələbələri “Herba Flora” şirkətində

14/11/2023

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin IV kurs tələbələri “Herba Flora” şirkətinin istehsalat müəssisəsinə ekskursiya ediblər.

Tələbələri müəssisənin təhlükəsizlik qaydaları ilə tanış etdikdən sonra onlara şirkət barədə məlumat verilib. Bildirilib ki, Azərbaycan florasının zəngin dərman bitkilərinin öyrənilməsi,  toplanması, tədarükü, emalı və qablaşdırılaraq istehlakçılara çatdırılmasını həyata keçirən “Herba Flora” şirkəti 1998-ci ildən fəaliyyət göstərir.

Tələbələr şirkətdə fəaliyyət göstərən laboratoriyalar, bitki tərkibli məhsulların, şampunların  istehsalı, qablaşdırmaları, etiketləşdirmə, bitki toxumlarından yağların alınması texnologiyası, anbarlarında bitki məhsullarının saxlanma rejimi ilə tanış olublar. “Herba Flora” şirkətinin yüksək keyfiyyətli yeni texnologiyaları istehsalata tətbiq etdiyi bildirilib.

Sonda tələbələrə “Herba Flora” şirkətinin istehsal etdiyi məhsullar hədiyyə olunub.

Xəbərlər

BDU-nun “THE World University Rankings 2027”də mövqeyi yüksəlib

BDU-nun “THE World University Rankings 2027”də mövqeyi yüksəlib
30/09/2026

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya
29/09/2026

BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib

BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib
29/09/2026