BDU tələbələri Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər

12/12/2025

Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatının Geologiya fakültəsi üzrə üzvləri Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.

Ekskursiyanın məqsədi tələbələrin Ulu Öndərin həyat və fəaliyyəti, Azərbaycan dövlətçiliyinin formalaşması və inkişafında oynadığı tarixi rol barədə biliklərini artırmaq, onları milli irs və mədəniyyətə daha da yaxınlaşdırmaq olub.

Tələbələr səfər zamanı Heydər Əliyevin zəngin siyasi irsini əks etdirən ekspozisiyalarla tanış olub, dövlətçilik tarixinin müxtəlif mərhələlərinə dair foto, video və arxiv materiallarını izləyiblər. Tələbələr Ümummilli Liderin dövlət quruculuğu, həyata keçirdiyi iqtisadi və siyasi islahatlar, eləcə də beynəlxalq arenadakı fəaliyyəti barədə məlumatlandırılıb.

Səfər zamanı Mərkəzin əməkdaşları iştirakçılara Heydər Əliyev Mərkəzinin yaranma tarixi, memarlıq xüsusiyyətləri və sərgilərin quruluş konsepsiyası barədə də geniş məlumat təqdim ediblər.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026