BDU tələbələri Heydər Əliyev Mərkəzinə ziyarət edib

18/08/2023

Bakı Dövlət Universiteti (BDU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə "Heydər Əliyev İli"nə həsr olunmuş “Güclü lider, güclü Azərbaycan” layihəsi çərçivəsində fəal tələbələrin Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil edilib.

Ziyarət zamanı tələbələrə dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, mərkəzdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən fotolar, arxiv sənədlərinin surətləri, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilir. Həmçinin diqqətə çatdırılıb ki, Mərkəz dünyada bənzərsiz olması ilə diqqaət çəkən məkanlardan biridir.

Qeyd edək ki, BDU-nun Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə "Heydər Əliyev İli"nə həsr olunmuş “Güclü lider, güclü Azərbaycan” layihəsinin keçirilməsində məqsəd gənclərin liderlik keyfiyyətlərinin formalaşdırılması və stimullaşdırılmasındır.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
12/11/2026