BDU tələbələri Heydər Əliyev Mərkəzində ekskursiyada

20/05/2026

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin I kurs tələbələri BDU-nun Heydər Əliyev muzeyinin direktoru Afət Seyidzadənin rəhbərliyi ilə Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. Ekskursiya zamanı tələbələr Mərkəzin fəaliyyət istiqamətləri, burada nümayiş olunan sərgilər və müxtəlif ekspozisiyalar haqqında ətraflı məlumat əldə ediblər. Onlar Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən guşələrlə tanış olub, Azərbaycanın tarixi və mədəniyyətini özündə əks etdirən eksponatlara böyük maraq göstəriblər.

Tələbələr həmçinin Mərkəzin müasir memarlıq üslubu, texnoloji imkanları, nümayiş olunan incəsənət nümunələri və interaktiv bölmələrlə də tanış olublar. Onlar Azərbaycanın mədəni irsini və müasir inkişafını əks etdirən təqdimatları izləyərək maraqlı məlumatlar əldə ediblər.

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026