BDU tələbələri Heydər Əliyev muzeyində

27/10/2025

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin "Muzey, arxiv işi və abidələrin qorunması" ixtisası üzrə təhsil alan tələbələri Universitetin Heydər Əliyev Muzeyini ziyarət ediblər. Muzeyin mütəxəssisi Afət Seyidzadə 1997-ci ildən Ulu Öndər Heydər Əliyevin şəxsi razılığı ilə Universitetdə fəaliyyətə başlayan Muzey haqqında tələbələrə ətraflı məlumat verib. Bildirib ki, Heydər Əliyev Muzeyi Ümummilli Liderin zəngin irsinin təbliği və öyrənilməsində mühüm əhəmiyyətə malikdir.

Muzeydə BDU-nun dünya şöhrətli məzunu və fəxri doktoru, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin həyatının müxtəlif dövrlərini əks etdirən sənədlər nümayiş olunur. Ulu Öndər Heydər Əliyevin mənalı ömrünün, xalqımızın və dövlətimizin rifahına həsr olunmuş həyatının ayrı-ayrı məqamlarından bəhs edən sənədlər və fotoşəkillər tələbələrdə böyük təəssürat yaradıb.

 

Xəbərlər

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026

BDU-da Anım Günü qeyd olunub

BDU-da Anım Günü qeyd olunub
25/09/2026

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026