BDU tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

24/09/2025

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti, Filologiya fakültələrinin l kurs tələbələri Universitetin Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Muzeyin mütəxəssisi Afət Seyidzadə 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin şəxsi razılığı ilə Universitetdə fəaliyyətə başlayan Muzey haqqında tələbələrə ətraflı məlumat verib. Bildirib ki, Heydər Əliyev Muzeyi Ümummilli Liderin zəngin irsinin təbliği və öyrənilməsində mühüm əhəmiyyətə malikdir.

Muzeydə BDU-nun dünya şöhrətli məzunu və fəxri doktoru, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin həyatının müxtəlif dövrlərini əks etdirən sənədlər nümayiş olunur.

Ulu Öndər Heydər Əliyevin mənalı ömrünün, xalqımızın və dövlətimizin rifahına həsr olunmuş həyatının ayrı-ayrı məqamlarından bəhs edən sənədlər və fotoşəkillər tələbələrdə böyük təəssürat yaradıb.

Xəbərlər

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026