BDU tələbələri IDEA Heyvanlara Qayğı Mərkəzində

13/05/2026

“BDU könüllüləri” təşkilatının Biologiya fakültəsi üzrə üzvlərinin təşəbbüsü ilə IDEA Heyvanlara Qayğı Mərkəzinə ekskursiya təşkil olunub.

Ekskursiya çərçivəsində könüllülər mərkəzin fəaliyyəti, burada yaradılmış şərait və heyvanların qorunması istiqamətində həyata keçirilən işlərlə yaxından tanış olublar. Mərkəzin müasir standartlara cavab verən sığınacaq sahələri, reabilitasiya imkanları və heyvanlara gündəlik qulluq prosesi barədə iştirakçılara ətraflı məlumat verilib.

Mərkəzin əməkdaşları könüllülərə sahibsiz heyvanların mühafizəsi, onların sağlamlıq vəziyyətinin izlənilməsi, düzgün qidalanması və ümumi qulluq qaydaları haqqında məlumat təqdim ediblər. Həmçinin heyvanlara qarşı məsuliyyətli yanaşmanın, humanist münasibətin və ictimai maarifləndirmənin vacibliyi vurğulanıb.

Ekskursiya zamanı könüllülər mərkəzdə saxlanılan heyvanlarla vaxt keçirib, onlara sevgi və qayğı göstərib, heyvanların müdafiəsi və rifahı istiqamətində görülən işlər barədə praktiki biliklər əldə ediblər.

 

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”
02/09/2026

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır
02/09/2026

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi
01/09/2026