BDU tələbələri IDEA Heyvanlara Qayğı Mərkəzində

07/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbə və əməkdaşları “BDU könüllüləri”nin təşkilatçılığı ilə IDEA Heyvanlara Qayğı Mərkəzinə ekskursiya ediblər.

Ekskursiya çərçivəsində tələbələrə Mərkəzin yaradılma tarixi, əsas fəaliyyət istiqamətləri və məqsədləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, IDEA Heyvanlara Qayğı Mərkəzinin əsası 2014-cü ilin oktyabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən qoyulub. 2016-cı ilin sonunda inşası tamamlanan Mərkəzin rəsmi açılışı həmin ilin noyabrın 10-da Leyla Əliyevanın iştirakı ilə baş tutub. 1 mart 2017-ci il tarixindən etibarən Mərkəz rəsmi fəaliyyətə başlayıb.

Tələbələrə Mərkəzdə fəaliyyət göstərən müasir avadanlıqlarla təchiz olunmuş klinika, it və pişiklər üçün sığınacaqlar, karantin blokları, himayə bölməsi, heyvanlar üçün mehmanxana və salon, oyun meydançası, yataqxana, konfrans zalı, kafe və dükan haqqında geniş informasiya verilib.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!
17/08/2026

BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”

BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”
17/08/2026

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir
14/08/2026