BDU tələbələri idman jurnalistikasında media etikasına dair məlumatlandırılıb

10/03/2026

“BDU könüllüləri” təşkilatının Jurnalistika fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə tanınmış idman jurnalisti Gündüz Abbaszadənin “İdman jurnalistikasında peşəkarlıq, təcrübə və media etikası” mövzusunda görüşü keçirilib.

Jurnalistika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Xalidoğlu tələbə jurnalistlərin praktik bacarıqlarının formalaşmasında peşəkarlarla görüşlərin xüsusi əhəmiyyət daşıdığını deyib. Bildirib ki, nəzəri biliklər praktik yönləndirmələr ilə dana güclü və effektiv olur.

Daha sonra Gündüz Abbaszadə idman mediasında qazandığı təcrübəni tələbələrlə bölüşüb. İdman jurnalistlərinə dünyanın müxtəlif ölkələrində keçirilən yarışları izləmək, fərqli idman mühitləri ilə tanış olmaq imkanının yaradıldığını və bunun yalnız ixtisasla bağlı deyil, ümumi dünyagörüşünün formalaşmasında böyük rol oynadığını qeyd edib.

İdman jurnalistikasının yalnız yarışların nəticələrini çatdırmaqdan ibarət olmadığını deyən Gündüz Abbaszadə onun ictimai rəyə təsir edən məsuliyyətli informasiya fəaliyyəti olduğunu bildirib: “Jurnalistlər məlumatları təqdim edərkən obyektivlik, dəqiqlik və qərəzsizlik prinsiplərinə ciddi riayət etməlidirlər. Emosional mühitdə fəaliyyət göstərsələr də, tərəfsizlik prinsipini qorumalı, hansısa komanda və ya idmançıya şəxsi simpatiyanın xəbərin məzmununa təsir etməsinə yol verməməlidirlər. Jurnalistin əsas vəzifəsi faktları olduğu kimi təqdim etmək, manipulyasiya və ya sensasiya yaratmaq məqsədilə məlumatları təhrif etməməkdir”.

Sonda tələbələrin sahə ilə bağlı sualları cavablandırılıb.

Xəbərlər

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir
15/05/2026

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
15/05/2026

WUF13-ə həsr olunmuş “Urban Future – Gələcəyin şəhərləri” kitabının təqdimatı

WUF13-ə həsr olunmuş “Urban Future – Gələcəyin şəhərləri” kitabının təqdimatı
15/05/2026