BDU tələbələri II Fəxri Xiyabanı ziyarət ediblər

13/07/2022

Bakı Dövlət Universitetinin (BDU) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Gənclər təşkilatlarının rəhbərləri və fəal tələbələri II Fəxri Xiyabanı ziyarət ediblər.
Ziyarət zamanı 2020-ci ilin 12-14 iyul tarixlərində baş vermiş Tovuz döyüşləri zamanı misilsiz qəhrəmanlıqlar nümayiş etdirərək qəhrəmancasına şəhid olan Milli Qəhrəman general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin məzarları önünə gül dəstələri qoyulub, şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilib.
Həmçinin ziyarət zamanı 44 günlük Vətən Müharibəsində xüsusi şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın məzarları ziyarət olunub, şəhidlərimiz haqqında tələbələrə ətraflı məlumat verilib.

 

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026