BDU tələbələri ilə “YARAT” Müasir İncəsənət Mərkəzinin nümayəndələrinin görüşü

17/10/2023

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə "YARAT" Müasir İncəsənət Mərkəzinin nümayəndələri tələbələrlə görüşüblər.

Mərkəzin əməkdaşları Leyla Məmmədzadə, Zəhra Məmmədova və Mina Abbasova təqdimatla çıxış edərək tələbələrə həyata keçirlən yerli və beynəlxalq sərgilər, müasir incəsənətin əsas komponentlərini özündə əks etdirən mədəni layihələr barədə məlumat veriblər.

Qeyd olunub ki, YARAT sərgilərin, təhsil proqramları və festivalların təşkil olunması vasitəsilə öz missiyasını həyata keçirir. Mərkəz Azərbaycanda müasir incəsənəti inkişaf etdirmək, ölkədə bu sahədə kolleksiyaçıların sayını artırmaq, biznes və qeyri-biznes şəbəkəsini genişləndirmək, müasir incəsənət pərəstişkarlarını bir araya toplamaq məqsədilə fəaliyyət göstərir.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026