BDU tələbələri ilk yardım üsulları barədə maarifləndirilib

04/11/2025

Bakı Dövlət Universitetində (BDU) Tələbə Gənclər Təşkilatının və Özəl Tibb Müəssisələri Assosiasiyasının (ÖTMA) birgə təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Həyata dəstək” layihəsi çərçivəsində ilk yardım üzrə maarifləndirici təlim keçirilib.

ÖTMA-nın İdarə Heyətinin sədri Günel Əliyeva layihə barədə tələbələrə məlumat verib. Layihənin ali və orta ixtisas təhsili müəssisələrində təcili vəziyyətlərdə operativ və düzgün reaksiya verə biləcək, ilkin yardım biliklərinə sahib, savadlı və hazırlıqlı cəmiyyətin formalaşdırılmasına xidmət etdiyini deyib.

Təlimdə tələbələrə ilkin yardımın təməl prinsipləri, qəfil ürək dayanması zamanı tətbiq olunan kardiyopulmoner resüsitasiya (CPR - insan həyatının ən kritik anlarında tətbiq olunan və çox vaxt ölüm ilə həyat arasında körpü rolunu oynayan ilk yardım texnikası) üsulları, boğulma, yanıq və yaralanma kimi hallar zamanı düzgün müdaxilə qaydaları praktiki şəkildə öyrədilib.

Xəbərlər

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026