BDU tələbələri innovasiya müsabiqəsi barədə məlumatlandırılıb

10/11/2017

Bakı Dövlət Universitetində tədqiqatçıların, müəllim və tələbələrin İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycan Nümayəndəliyi tərəfindən birgə elan edilmiş innovasiya müsabiqəsi barədə məlumatlandırılması məqsədilə tədbir keçirilib.

BDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə tədbiri giriş sözü ilə açaraq Minilliyin inkişaf məqsədləri və BMT-nin Dayanıqlı inkişaf məqsədləri haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Dayanıqlı inkişaf məqsədlərinə qoşulub, Dayanıqlı inkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb və respublikada bu sahədə bir sıra işlər görülüb. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycan nümayəndəliyi tərəfindən elan edilən bu müsabiqə də sosial, iqtisadi və ekoloji istiqamətlər üzrə layihələri dəstəkləmək məqsədi daşıyır və universitetdə qeyd edilən hər üç istiqamətdə kadr hazırlığı aparıldığına görə tələbələr, magistrantlar və doktorantlar bu müsabiqədə fəal iştirak edə bilərlər.

Tədbirdə İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov iqtisadiyyatın dinamik və davamlı inkişafının təmin edilməsi, rəqabət qabiliyyətliliyinin və ixrac potensialının artırılması, həmçinin ətraf mühitin mühazifəsinin gücləndirilməsi baxımından innovasiyanın mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sektor müdiri Ulduzə  Xəlilova, Gənclər və İdman Nazirliyinin sektor müdiri Nərminə Aslanbəyova innovasiyaların vacibliyi və innovativ fəaliyyətinin üçün əhəmiyyətindən bəhs ediblər.

İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinin əməkdaşı Elnur İbrahimov innovasiya müsabiqəsinin məqsədi və şərtləri barədə təqdimatla çıxış edib.

Sonra Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Nigar Hüseynova ASAN xidmətin layihəsi olan “İdea Bank” vasitəsilə layihələrin qəbulu barədə təqdimatla çıxış edib və “İdea Bankın” imkanları barədə geniş məlumat verib.

Sonda iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb.

Mətbuat və informasiya şöbəsi, 10 noyabr 2017-ci il.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Yay fəsli Azərbaycana iyunun 21-i saat 12:24:26-da daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Yay fəsli Azərbaycana iyunun 21-i saat 12:24:26-da daxil olacaq”
02/06/2026

BDU və QAİ-nın birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans keçiriləcək

BDU və QAİ-nın birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans keçiriləcək
02/06/2026

“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İxtisaslaşmış Akademik Tədris Proqramı” üzrə tələbə qəbulunun müddəti uzadılıb

“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İxtisaslaşmış Akademik Tədris Proqramı” üzrə tələbə qəbulunun müddəti uzadılıb
02/06/2026