BDU tələbələri iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığı təşviq edirlər

16/10/2024

Bakı Dövlət Universitetində (BDU) “Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şura və BDU-nun Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycan gənclərinin iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığı” mövzusunda tədbir keçirilib.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin mütəxəssisi Ələkbər Həsənov bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib və ölkəmiz Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Bu, ölkəmizin qlobal ekoloji problemlərin həllində aktiv iştirakını və iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədi daşıyır. Bu baxımdan gənclərin iqlim dəyişikliyi sahəsində fəallığını artırmaq, təşəbbüslərini dəstəkləmək və iştirakçılıq mühitini formalaşdırmaq əsas vəzifələrdəndir. BDU tələbələri bu prosesdə yaxından iştirak etməyə hazırdırlar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov tələbələrə COP29 çərçivəsində ölkəmizdə aparılan işlər barəsində məlumat verib. Həmçinin bu beynəlxalq tədbir ərəfəsində gənclərin prosesə çəlb edilməsi və birbaşa iştirakı üçün könüllülərin fəaliyyət göstərdiklərini, eyni zamanda gənclərin də çıxış edəcəyi vahid platformanın yaradılacağını qeyd edib. O qeyd edib ki, gənclərin iqlim problemlərinin həllində fəal olmaları bu prosesi daha şəffaf edir.

Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb, müzakirələr aparılıb.

Xəbərlər

Azərbaycan milli mətbuatı - 151

Azərbaycan milli mətbuatı - 151
22/07/2026

BDU-da bakalavr səviyyəsində bəzi ixtisaslar üzrə elektron diplomlar verilib

BDU-da bakalavr səviyyəsində bəzi ixtisaslar üzrə elektron diplomlar verilib
22/07/2026

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib
19/07/2026