BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar

01/05/2024

Bakı Dövlət Universitetində (BDU) Karyera Festivalı çərçivəsində tələbələr üçün  Dövlət Məşğulluq Agentliyi və “Paşa Sığorta” tərəfindən “Karyera planlaması” mövzusunda “workshop”lar keçirilib.

“Paşa Sığorta” əməkdaşı Leyla Cəfərli qeyd edib ki, düzgün karyera quruculuğu üçün peşəkar şəxsiyyət kimi formalaşmaq və inkişaf planını hazırlamaq zəruri şərtdir. Karyera planlamasında özünüqiymətləndirmənin, karyeraya fayda qazandıran bacarıqların inkişaf etdirilməsinin, əzmkarlıq və qərarlılığın, məsuliyyətin, məqsədyönlülüyün rolu vurğulanıb.

Dövlət Məşğulluq Agentliyinin əməkdaşı Xanoğlan Sadiq isə karyera planlamasının peşə məqsədlərinə nail olmaq üçün bələdçi rolunu oynadığını diqqətə çatdırıb. Karyera planlaşdırılmasında bacarıqların təkmilləşdirilməsi, peşəkar şəbəkənin genişləndirilməsi də uğura aparır.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026