BDU tələbələri karyera quruculuğu barədə məlumatlandırılıb

15/05/2024

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektoru, “Gənclərin Töhfəsi” İctimai Birliyi və “Venta” Təlim, Tədris və İşlə Təmin Mərkəzinin birgə təşkilatçılığı ilə Karyera forumu keçirilib.

BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun baş mütəxəssisi İlkin Şərifov forumun əhəmiyyətindən və əmək bazarına hazır olmaq üçün gənclərin üzərinə düşən öhdəliklərdən bəhs edib.

“Gənclərin Töhfəsi” İctimai Birliyinin icraçı direktoru Gülnar Nəsibli layihə haqqında iştirakçılara məlumat verib, qeyri-hökümət təşkilatlarının bu istiqamətdə həyata keçirdiyi fəaliyyət haqqında danışıb.

“Venta” Təlim, Tədris və İşlə Təmin Mərkəzinin Təlim və inkişaf departametinin direktoru Rəşid Ağayev “İlkin müsahibə prosesi və mərhələləri”, “Şəxsi inkişaf və motivasiya”, “Performansın idarəedilməsi” mövzularında təqdimatlar edib.

Forumda aktiv iştirak edən tələbələrə hədiyyə və sertifikatlar təqdim edilib.

Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq
22/10/2026