BDU tələbələri “Kiber Yay Məktəbi 2025”də iştirak edirlər

23/07/2025

Bakı Dövlət Universitetinin (BDU) tələbələri Dövlət  Təhlükəsizliyi Xidmətinin (DTX) “Bilgəh” istirahət mərkəzində 21-26 iyul tarixlərində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Kiber Yay Məktəbi 2025”də iştirak edirlər. Tədbirdə BDU-nu müəllim-mentor qismində Natiq Quliyev, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbələri Rəsul Rəsulzadə, Almaz İsrafilova və Nübar Məhərrəmova təmsil edir.

Yay məktəbi informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində bilik və bacarıqların artırılmasına yönələn, beynəlxalq təcrübə mübadiləsini təşviq edən unikal bir platformadır. Builki tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Qətərdən olan tələbələr də iştirak edirlər.

Proqram çərçivəsində tələbələr kibertəhlükəsizlik üzrə praktiki təlimlərə, “Red Team” və “Blue Team” formatında laborator məşğələlərə, müxtəlif ekspertlərlə “meet-up” sessiyalarına, o cümlədən “CrowdStrike”, “Cisco” kimi beynəlxalq vendorların təqdimatlarına qatılırlar.

BDU tələbələrinin bu tədbirdə iştirakı onların nəzəri biliklərini real ssenarilər üzərində tətbiq etməsinə, yeni texnologiyalarla tanış olmasına, yerli və beynəlxalq şəbəkələşməni gücləndirmələrinə imkan verir.

 

Xəbərlər

BDU-ya qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır

BDU-ya qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır
28/08/2026

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq”
28/08/2026

RFO və RFM-də yüksək nəticə göstərən 7 şagird BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunub

RFO və RFM-də yüksək nəticə göstərən 7 şagird BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunub
28/08/2026