BDU tələbələri Kimya fənni üzrə beynəlxalq internet-olimpiadada III yeri tutublar

22/11/2022

Noyabrın 14-17-də Türkmənistanın Məhtimqulu adına Türkmən Dövlət Universitetinin təşkilatçılığı ilə Universitet tələbələri üçün Kimya fənni üzrə beynəlxalq internet-olimpiada keçirilib. İnternet-olimpiadada dünyanın 20-dən çox ölkəsindən 66-dan çox ali məktəbi 324 tələbə təmsil edib.

Olimpiada “A” və “B” kateqoriyaları üzrə keçirilib. Beynəlxalq ekspertlər qrupu tərəfindən hazırlanmış tapşırıqlar mürəkkəblik dərəcəsi ilə fərqlənib.

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin II kurs tələbəsi Aydın Məmmədov, III kurs tələbələri Əhməd Məmmədzadə, Nigar İlyasova, Nəzakət Yusifli, Kənan Ağayev (SABAH qrupu) olimpiadada uğurlu nəticə göstərərək “A” kateqoriyası üzrə III yerə layiq görülüblər.

Tələbələrimizi təbrik edir və yeni uğurlar arzulayırıq!




Xəbərlər

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev
28/09/2026

Qürur və ehtiram günü

Qürur və ehtiram günü
27/09/2026

BDU kollektivi Zəfər parkını ziyarət edib

BDU kollektivi Zəfər parkını ziyarət edib
27/09/2026