BDU tələbələri Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının fəaliyyəti barədə məlumatlandırılıblar

04/11/2026

Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının sədri Davud Rəhimli Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin “Sosial iş” ixtisası üzrə təhsil alan tələbələri ilə görüşüb.BDU-nun Sosial iş kafedrasının təşəbbüsü ilə keçirilən görüşdə İttifaqın yaranma zərurəti, fəaliyyət istiqamətləri və sosial tərəfdaşlarla əməkdaşlıq platformaları barədə məlumat verilib.

Davud Rəhimli bildirib ki, İttifaq 47 qeyri-hökumət təşkilatını birləşdirir və üzv təşkilatların hər biri ilə əməkdaşlıq imkanları mövcuddur. Görüşdə universitet və kolleclərlə əməkdaşlıq, eləcə də “Sosial iş” ixtisası üzrə təhsil alan tələbə və magistrantların könüllülük və istehsalat təcrübəsi proqramlarına cəlb olunması məsələləri müzakirə edilib.

Tələbələrin əlilliyi olan şəxslərlə bağlı kreativ təşəbbüslərinin vahid ideya bankında toplanması və bu ideyaların İttifaqla universitet tələbələrinin birgə startap layihələri kimi reallaşdırılması təklif olunub. Həmçinin İttifaqda “Sosial iş” ixtisası üzrə təhsil alan tələbələr üçün təşkil edilən təlim kursları barədə məlumat verilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər

BDU-da “Dəyişən xəritə, yazılan tarix” adlı tədbir keçirilib

BDU-da “Dəyişən xəritə, yazılan tarix” adlı tədbir keçirilib
04/11/2026

BDU-da Zəfər Gününə həsr olunmuş kitab sərgisi