BDU tələbələri ölkəmizi beynəlxalq forumda təmsil etdi

19/05/2016

Bakı Dövlət Universitetinin tələbələri ölkəmizi Rusyanın Astraxan şəhərində keçirilən Tələbə idmanı sahəsində gənclər mübadiləsinin inkişafı üzrə beynəlxalq forumda təmsil ediblər.
Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin dəstəyi ilə Astraxan Dövlət Universitetinin keçirdiyi forum 11-14 may tarixlərini əhatə edib.
Layihənin əsas məqsədi Xəzəryanı ölkələrdə təhsil alan tələbələr arasında idman sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirməkdir.
Proqram çərçivəsində idman və mədəni tədbirlər keçirilib.
Azərbaycanlı təmsilçilər aktiv iştiraka görə müxtəlif sertifikatlarla təltif olunublar.

Mətbuat və informasiya şöbəsi, 19 may 2016-cı il.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026