BDU tələbələri Lənkəran və Qubada çöl-tədris təcrübəsində

10/06/2024

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Biologiya, Su bioehtiyatları və akvakultura ixtisasları üzrə təhsil alan IV kurs tələbələri Quba və Lənkəran rayonlarında çöl-tədris təcrübəsində olublar.

Biologiya ixtisası üzrə təhsil alan tələbələrə BDU-nun Quba Tədris-Təcrübə və İstirahət Mərkəzində, Nügədi və Qəçrəş kəndlərinin ərazilərində həşəratlar, məməlilər və quşların tanıdılması, yaşayış yerlərinin təyini, qida rasionu və hərəkət trayektoriyası üzrə tədris təcrübəsi keçirilib. Hirkan Milli Parkında relikt şabalıdyarpaq palıd və dəmirağacı meşələrində, meşə və çəmən ekosistemlərində, dağ qurşaqlarında bitkilərin quruluşları, dominant və ikinci dərəcəli növlərə görə sinifləndirmə, “Qırmızı Kitab”a daxil olan növlər, herbarilərin hazırlanması kimi mövzularda əyani nümunələr üzərində təcrübələr aparılıb.

Su bioehtiyatları və akvakultura ixtisası üzrə təhsil alan tələbələr Qızılağac Milli Parkında şirin sututarları, Xəzər dənizi, Quba rayonunda Vəlvələçay və Qudyalçayda yayılmış balıq növləri ilə əyani tanış olub, su və yosun nümunələrinin laboratoriyada analizlərini aparıblar.

 

Xəbərlər

BDU-da “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycanın strateji tərəfdaşlıqları və regional sülh gündəliyi” mövzusunda dəyirmi masa

BDU-da “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycanın strateji tərəfdaşlıqları və regional sülh gündəliyi” mövzusunda dəyirmi masa
27/11/2026

BDU-da “Təhsilə doğru motivasiya” adlı təlim keçirilib

BDU-da “Təhsilə doğru motivasiya” adlı təlim keçirilib
27/11/2026

BDU-da təlim: ““LinkedIn” profilinin hazırlanması”

BDU-da təlim: ““LinkedIn” profilinin hazırlanması”
27/11/2026