BDU tələbələri müasir şəhərlərdə mobillik barədə məlumatlandırılıb

23/04/2026

Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə keçirilən “Urban Talks” layihəsi çərçivəsində “Müasir şəhərlərdə mobillik: rahatlıq, sürət və əlçatanlıq balansı” adlı görüş təşkil edilib.

Layihənin növbəti qonağı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında İctimai Şuranın üzvü, nəqliyyat və logistika üzrə ekspert Rauf Ağamirzəyev olub.

“BDU könüllüləri” təşkilatının baş katibi Qasım Xəlilov layihənin məqsədlərini izah edib, ölkədə keçiriləcək Ümumdünya Şəhərsalma Forumu və Dayanıqlı İnkişaf Məqsədləri baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Görüş zamanı müasir şəhərlərdə müşahidə olunan əsas nəqliyyat problemləri – tıxaclar, ictimai nəqliyyatın gecikməsi, sıxlıq və xidmətin qeyri-bərabərliyi geniş şəkildə təhlil olunub. Nəqliyyatın hər kəs üçün əlçatanlığının təmin edilməsinin, xüsusilə əlillər, yaşlılar və tələbələr üçün uyğun şəraitin yaradılmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Bununla yanaşı, şəhərlərin daha insanyönümlü və inklüziv şəkildə planlaşdırılmasının zəruriliyi vurğulanıb, mobil tətbiqlər və onlayn xəritələr vasitəsilə mobilliyin daha effektiv idarə olunması imkanları haqqında məlumat verilib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026