BDU tələbələri mediasiya prosesi barədə məlumatlandırılıb

06/03/2026

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya kafedrasının Sosial iş kafedrasının təşkilatçılığı ilə Bakı 3 saylı mediasiya təşkilatının mediatorları – Balaca Cəfərov, Cəlal Hüseynov və Bulud Yusifovun ustad dərsi keçirilib.

Ustad dərsində mediasiya prosesində sosial işçilərin verə biləcəyi töhfələr, mediasiya institutunun formalaşması, mediasiya haqqında qanunvericilik və mübahisəli məsələlərin tənzimlənməsində mediasiyanın rolu ilə bağlı geniş müzakirələr aparılıb.

Tədbir zamanı mediatorlar mediasiya sisteminin yaranma zərurətindən bəhs edərək bu sahədə dünya təcrübəsi, Azərbaycanda “Mediasiya haqqında” qanunun qəbulunun mediasiya institutunun formalaşmasında rolu, həmçinin Mediasiya Şurasının ölkəmizdə həyata keçirdiyi fəaliyyət və əldə olunan uğur hekayələri haqqında ətraflı məlumat veriblər.

Bununla yanaşı, tələbələrə mediasiyanın məcburi və könüllü növləri, mediatorlara qoyulan tələblər və mediasiya prosesində etik çərçivələr haqqında izahlar təqdim olunub.

Ustad dərsi interaktiv müzakirələrlə davam edib.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026