BDU tələbələri “Milla Dairy” MMC-də

26/05/2023

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin tələbələri və bir qrup professor-müəllim heyəti üçün “Milla Dairy” MMC-yə tur təşkil edilib.

Öncə “Milla Dairy”nin Təlim və inkişaf şöbəsinin müdiri Yelena Yusifzadə şirkət barədə təqdimat edib. Bildirib ki, "Milla" markası Azərbaycanda süd məhsulları kateqoriyasında ən çox məhsul çeşidi olan markadır. Zavod gün ərzində 250 ton süd məhsulu istehsal etmə gücünə malikdir. Şirkət məhsulların bazara təzə və təhlükəsiz şəkildə çatdırılmasını təmin etmək üçün sutka ərzində 12 istehsal xəttində süd məhsulları istehsal etməyə qadirdir. Şirkət istehsalat prosesində ən son texnologiyalardan istifadə edir.

Daha sonra mütəxəssis Anar Məmmədov SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) barədə məlumat verib. Ərazi üzrə rəhbər Anar Quliyev tələbələri “Milla Dairy”nin ərazisi ilə tanış edib. İstehsalat üzrə baş koordinator Ləman Nəsibovanın rəhbərliyi ilə müəssisənin xam süd məhsulunun mexaniki təmizlənmə, pasterizasiya və  sterilizasiya, məhsulların hazırlanması, TetraPark-ların və plastik qabların hazırlanma, süd, xama, pendir, qatıq, ayran, dondurmanın qablaşdırılması zonaları ilə bağlı məlumatlar tələbələrin diqqətinə çatdırılıb.

Tələbələr istehsalat müəssisəsində fəaliyyət göstərən laboratoriya ilə tanış olublar. Laboratoriyanın baş mikrobioloqu, BDU məzunu Fidan Rüstəmli hər bir məhsulun satışa buraxılmamışdan öncə laboratoriyada analiz parametrləri, süd məhsulunun quru kütləsinin təyini, sentrifuqa aparatı ilə süddən yağ kütləsinin ayrılması, titrləmə kimi üsulları izah edib.

Sonda qonaqlara “Milla Dairy” MMC-nin məhsulları hədiyyə olunub.

Xəbərlər

BDU-da zəif qarşılıqlı təsirlərin sintetik kimyada tətbiqi öyrənilir

BDU-da zəif qarşılıqlı təsirlərin sintetik kimyada tətbiqi öyrənilir
30/12/2025

BDU-nun Kimya fakültəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

BDU-nun Kimya fakültəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib
30/12/2025

BDU-nun 139 nəfər müəllim və tələbəsinin IELTS imtahanında iştirak xərcini Təhsilin İnkişafı Fondu qarşılayıb

BDU-nun 139 nəfər müəllim və tələbəsinin IELTS imtahanında iştirak xərcini Təhsilin İnkişafı Fondu qarşılayıb
30/12/2025