BDU tələbələri Milli Kitabxanada istehsalat təcrübəsində

24/02/2026

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası üzrə təhsil alan IV kurs tələbələri Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında istehsalat təcrübəsinə başlayıblar.

Təcrübənin ilk mərhələsində tələbələrə Milli Kitabxananın fəaliyyəti, strukturu, sənəd dövriyyəsi, kitab fondu, oxucu kateqoriyaları və müəssisədə iş prosesinin mərhələləri ilə bağlı məlumatlar verilib. Onlar kitabxana tərəfindən həyata keçirilən onlayn xidmətlər, o cümlədən məsafədən sifariş xidmətinin təşkili, virtual biblioqrafik sorğu xidməti, metodiki xidmət və digər iş üsullarının birbaşa iştirakçısı olublar.

Təcrübə proqramı çərçivəsində tələbələr praktiki biliklərə yiyələnəcək, ixtisasları üzrə bacarıqlarını inkişaf etdirəcəklər.

 

Xəbərlər

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026