BDU tələbələri Milli İncəsənət muzeyində

17/11/2021

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) Milli İncəsənət muzeyinə ekskursiya təşkil edib. Ekskursiyada Filologiya və Coğrafiya fakültələrinin tələbələri iştirak ediblər. Tələbələr muzeydəki dünya və Azərbaycan incəsənətinə aid eksponatlarla ətraflı tanış olublar. Bununla yanaşı eksponatlarla bağlı müxtəlif müzakirələr aparılıb.

Ekskursiyada iştirakçılara Azərbaycan Milli İncəsənət Muzeyinin tarixi, onun De Burun malikanəsi və Marinski qadın gimnaziyası binalarında yerləşməsi və muzeyin kolleksiyasında 18000 yaxın eksponatın qorunub saxlanması barədə məlumat verilib. Həmçinin ekskursiyada iştirakşılar Qərbi Avropa, rus, İslam, Şərq ölkələri incəsənətinin və milli mədəniyyətimizin çeşidli örnəkləri, müxtəlif dövr və üslublara aid rəngkarlıq, qrafika, heykəltaraşlıq, dekorativ-tətbiqi sənət nümunələri (xalça, tikmə, çini, bədii və qiymətli metal) ilə tanış olublar.

Xəbərlər

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026