BDU tələbələri üçün “4Sİ Akademiyası – Milli Proqram” haqqında infosessiya keçiriləcək

28/09/2026

Bakı Dövlət Universitetinin (BDU) tələbələri üçün “4Sİ Akademiyası – Milli Proqram” haqqında infosessiya keçiriləcək.

“Milli Proqram” İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) “Coursera” şirkəti ilə əməkdaşlığı əsasında həyata keçirilir.

Proqram çərçivəsində tələbələrə “Coursera” platformasında 6 həftə müddətində ödənişsiz lisenziya təqdim olunur. Bu müddət ərzində onlar dünyanın aparıcı universitetləri və şirkətləri tərəfindən hazırlanmış müxtəlif istiqamətlər üzrə kurslardan yararlana və uğurla tamamladıqları kurslar üzrə beynəlxalq sertifikatlar əldə edə biləcəklər.

Görüş zamanı “Milli Proqram”ın imkanları, “Coursera” platformasında təqdim olunan kurslar və proqrama qoşulma qaydaları barədə tələbələrə ətraflı məlumat veriləcək.

İnfosessiyanın keçiriləcəyi vaxt: 02.10.2026, saat 11:00

Məkan: BDU-nun III saylı tədris korpusu, Dəyirmi akt zalı

 

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026