BDU tələbələri üçün Altıağac Milli Parkında təlim

05/06/2024

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin birgə təşkilatçılığı ilə Altıağac Milli Parkıında 5 iyun - Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə tələbələr üçün təlim keçirilib.

Altıağac Milli Parkının direktoru Dərgah Rüstəmov ətraf mühitin qorunmasının önəmindən, Milli Parkın fəaliyyəti, mühafizə altında olan növlər, Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiyası Klinikası haqqında məlumat verib. O, tələbələri Klinikada reabilitasiya keçən heyvan növləri və iş prosesi ilə yaxından tanış edib.

Biologiya fakültəsinin Zoologiya və fiziologiya kafedrasının dosenti Sevinc Hümbətova gələcək bioloqlara Milli Parkda yaşayan quş növləri haqqında məlumat verib, onlara müxtəlif müşahidə alətləri ilə quşların hərəkət trayektoriyası ilə bağlı təlim keçib. Biologiya fakültəsinin dekan müavini Yusif Abiyev Milli Parkda marşrut xətti boyunca yayılmış bitkilər, onların bioekoloji xüsusiyyətləri, herbari hazırlanması, meşə yarusları, karbon ölçmələri, Coğrafi İnformasiya Sistemlərindən (CİS) istifadədən söz açıb.

Təlim interaktiv formada davam edib.

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026