BDU tələbələri üçün “ARB 24” telekanalında iş imkanı
21/02/2023
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin magistrləri, IV kursda və qiyabi təhsil alan tələbələri üçün “ARB 24 NewsLab" təlim proqramı başlayır.
3 aylıq təlimlər xəbər hazırlanması, nitq mədəniyyəti, görüntü və videomontaj istiqamətlərini əhatə edəcək.
Təlim proqramını uğurla başa vuranların azı 50 faizi “ARB 24” telekanalında işlə təmin olunacaq.
Müraciət etmək istəyənlər martın 1-dək arb24news@arbtv.az ünvanına CV göndərə bilərlər.
Qeyd edək ki, “ARB 24 NewsLab" təlim proqramı BDU ilə “ARB 24” telekanalı arasında 2022-ci il aprelin 29-da imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilir.
Xəbərlər
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə mərhələsinə hazırlıq” mövzusunda təlim keçirib
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə mərhələsinə hazırlıq” mövzusunda təlim keçirib
BDU ilə Litvanın Vilnüs Gediminas Texniki Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
BDU ilə Litvanın Vilnüs Gediminas Texniki Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
BDU-nun SABAH qruplarının məzunu Böyük Britaniyanın Suonsi Universitetinin müəllim heyətinə seçilib
BDU-nun SABAH qruplarının məzunu Böyük Britaniyanın Suonsi Universitetinin müəllim heyətinə seçilib
