BDU tələbələri üçün  Bakı Zooloji Parkında innovativ dərslər təşkil olunub

07/04/2026

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasının müəllimi, Bakı Zooloji Parkının direktoru Nəzakət İsayeva dərslərini innovativ metodlarla təşkil edib. O, “Ekologiya” ixtisası üzrə II kurs tələbələrinə tədris etdiyi “Heyvan ekologiyası” fənninin mühazirə və laboratoriya dərslərini Bakı Zooloji Parkı ərazisində keçib.

Parkın lektoriyasında keçirilən mühazirələrlə yanaşı, tələbələr laborator məşğələlər zamanı sürünənlər və həşəratlar sinfinə aid müxtəlif heyvan növlərini əyani şəkildə müşahidə ediblər. Onlar həm Azərbaycanın, həm də digər ölkələrin fauna nümunələri ilə yaxından tanış olub, Parkın klinikasında baytar həkiminin müşayiəti ilə heyvanlara ilkin tibbi yardımın göstərilməsi qaydalarını öyrəniblər.

Tədris prosesi çərçivəsində tələbələr zoopark ərazisində bələdçi ilə ekskursiyada iştirak edərək müxtəlif və unikal fauna nümunələri ilə tanış olublar. Eyni zamanda, onlar Azərbaycanın “Qırmızı kitab”ına daxil edilmiş, nəsli kəsilməkdə olan növlərin mühafizəsi və reintroduksiya proqramları barədə ətraflı məlumat əldə ediblər.

Xəbərlər

BDU-da abituriyentlər üçün “Açıq qapı” günü elan edilir

BDU-da abituriyentlər üçün “Açıq qapı” günü elan edilir
27/07/2026

BDU-nun 736 bakalavrı yay semestri dərslərində iştirak edir

BDU-nun 736 bakalavrı yay semestri dərslərində iştirak edir
27/07/2026

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib
24/07/2026