BDU tələbələri üçün daha bir imkan

01/09/2022

Bakı Dövlət Universitetinin (BDU) inkişaf strategiyasının əsas hədəflərindən biri də “Riyaziyyat və kompüter elmləri”, “Fizika və kosmos elmləri”, “Kimya və materialşünaslıq”, “Yer elmləri və ətraf mühit”, “Biologiya və həyat elmləri” kimi təbiət və dəqiq elmlər sahəsində 5 prioritet istiqamət üzrə elmi-tədqiqatların səviyyəsinin yüksəldilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsidir. Bu məqsədlə, BDU-da mütəmadi olaraq təhsilin bütün səviyyələri (bakalavriat, magistratura və doktorantura) üzrə tədris proqramları sənaye və biznes müəssisələrinin mütəxəssisləri ilə birgə hazırlanır və yenilənir. Müxtəlif qurumlardan olan mütəxəssislər tədrisə və elmi fəaliyyətə cəlb olunur, ustad dərsləri, elmi seminarlar təşkil olunur, müxtəlif layihələr həyata keçirilir.

Belə mühüm layihələrdən biri də hal-hazırda BDU-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Code for Future” layihəsidir. 2022/2023-cü tədris ilindən etibarən bu layihəyə “DevEducation” şirkəti də qoşulur. Layihə çərçivəsində BDU-nun müvafiq ixtisaslar üzrə müsabiqə yolu ilə seçilmiş tələbələrinə müasir kompüterlərlə təchiz olunmuş auditoriyalarda proqramlaşdırma, sistem administratorluğu və şəbəkə administratorluğu üzrə təhsil almaq üçün ən müasir şərait yaradılıb. Layihədə BDU-nun III-IV kurs tələbələri iştirak edəcəklər. Təlimlər sentyabrın 15-dən başlayacaq.

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026