BDU tələbələri üçün ETSN-in Azərbaycan Geologiya Muzeyində interaktiv dərs

29/05/2024

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri üçün “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Azərbaycan Geologiya Muzeyində interaktiv tədris metodları ilə dərs keçirilib.

İnteraktiv dərsin keçirilməsində məqsəd tədris planına uyğun olaraq tələbələrin ekoloji təfəkkürünün inkişafı və ölkəmizin faydalı qazıntılarının iqtisadi potensialının öyrənilməsi olub.

Dərs zamanı BDU-nun Coğrafi ekologiya kafedrasının dosenti Lalə Bayramova tələbələrə mineral ehtiyatların aşkar edilməsi, onların hasilatı və sənayedə tətbiqi barədə ətraflı məlumat verib. Dərsdə Azərbaycanın mürəkkəb geoloji quruluşu, müxtəlif eralara və dövrlərə aid faydalı qazıntıları, potensial xammal yataqlarının perspektivləri, təbiət-istehsalat münasibətlərinin iqtisadi rentabelliyi ilə yanaşı, təbii müvazinətin qorunmasının aspektləri təhlil edilib.

Sonda tələbələrin sualları Muzeyin əməkdaşları tərəfindən cavablandırılıb.

Xəbərlər

Qürur və ehtiram günü

Qürur və ehtiram günü
27/09/2026

BDU kollektivi Zəfər parkını ziyarət edib

BDU kollektivi Zəfər parkını ziyarət edib
27/09/2026

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026