BDU tələbələri üçün fransız dili təlimləri

15/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) “Xarici dil klubu”nun təşkilatçılığı ilə fransız dili təlimlərinə start verilib.

BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbəsi Jean-Lucien Fouf-Kagna Grebayenin keçirdiyi təlimin məqsədi tələbələr arasında fransız dilinə marağı artırmaq, dil biliklərini inkişaf etdirməkdir.

Təlim iştirakçıları əvvəlcə özlərini təqdim etməyi, əlifba və rəqəmləri, eləcə də həftənin günlərini "kölgələmə" texnikası ilə öyrəniblər. Tələbələr interaktiv oyunlar və praktiki tapşırıqlar vasitəsilə dili öyrənməyə xüsusi maraq göstəriblər.

Bir ildən artıqdır fəaliyyət göstərən BDU THİK-in “Xarici dil klubu” tələbələrin ingilis, rus, fransız və alman dillərini öyrənmələrinə xidmət edir.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026