BDU tələbələri üçün "Gənc Torpaqşünaslar Klubu" layihəsinə start verilir

25/11/2022

"Aqrar İnkişaf Könüllüləri" təşkilatı və BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin birgə təşkilatçılığı ilə "Gənc Torpaqşünaslar Klubu" layihəsinə start verilir.

Layihənin məqsədi Torpaqşünaslıq və aqrokimya, Yer quruluşu və daşınmaz əmlakın kadastrı və sair ixtisaslar üzrə təhsil alan gənclərin aqrar sahədə bilik və praktiki bacarıqlarını artırmaqdır. Layihə həm də aqrar sahədəki problemlərin araşdırılması və həll olunmasına yardım məqsədi daşıyır.

Layihə çərçivəsində tələbələrin Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan elmi-tədqiqat institutlarına ekskursiyaları, həmçinin Abşeron yarımadası ərazisində torpaqların monitorinqinin həyata keçirilməsi, təlim və görüşlərin təşkili planlaşdırılır.

Layihədə iştirak üçün qeydiyyat linki: https://bit.ly/3Eyasbu

 

 

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026