BDU tələbələri üçün infosessiya: “Bulud texnologiyası”

23/10/2023

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektorunun təşkilatçılığı ilə tələbələr üçün “Bulud texnologiyası” mövzusunda infosessiya keçirilib. İnfosessiyanın təlimçisi bulud texnologiyaları üzrə mütəxəssis İzmir Sadıqov olub.

BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun baş mütəxəssisi İlkin Şərifov öncə tələbələri sektorun fəaliyyəti ilə tanış edib. Bildirib ki, tələbələrə karyeralarının düzgün qurulmasına kömək etmək, bu sahədə daha səriştəli olmağa yönləndirmək sektorun əsas fəaliyyət istiqamətidir.

Təlimçi İzmir Sadıqov isə vurğulayıb ki, “bulud texnologiyası” müəyyən resurslara (hesablama resurslarına, proqram və məlumatlara) uzaq məsafədən müraciət etmək üçün rahat interfeysdən istifadə etməyə imkan verir. Bu halda istifadəçi kompüteri şəbəkəyə qoşulmuş adi terminal rolunu oynayır. Bu texnologiyanın köməyilə istifadəçinin məlumatları bulud sistemlərində saxlanılır, emal edilir, brauzerlərin vasitəsilə emal proqramlarının işə salınması və nəticələrə baxılması təmin edilir.

“Bulud texnologiyası”na dair bir çox anlayışlar təlimçi tərəfindən ətraflı təhlill edilib və tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Xəbərlər

BDU “Neft-qaz mədən geofizikası” ixtisaslaşması üzrə kadrlar hazırlayacaq

BDU “Neft-qaz mədən geofizikası” ixtisaslaşması üzrə kadrlar hazırlayacaq
10/07/2026

BDU-da “Dövlət siyasəti və idarəçilik” adlı yeni ixtisaslaşma açılır

BDU-da “Dövlət siyasəti və idarəçilik” adlı yeni ixtisaslaşma açılır
10/07/2026

BDU rektorunun müşaviri Kembric Universitetində tədqiqat aparacaq

BDU rektorunun müşaviri Kembric Universitetində tədqiqat aparacaq
10/07/2026