BDU tələbələri üçün “iOS proqramlaşdırma” mövzusunda infosessiya

27/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbələri üçün “ATL Academy”nin təlimçisi Ayxan Hacıyev tərəfindən “iOS proqramlaşdırma” mövzusunda maarifləndirici infosessiya keçirilib.

Tədbirdə bildirilib ki, texnologiya və layihə idarəçiliyi sahəsində fəaliyyət göstərən “ATL Academy” təhsil müəssisələri ilə əməkdaşlığı gücləndirmək, tələbələri real bazar bilikləri ilə təmin etmək və onlarda innovativ düşüncə tərzini formalaşdırmaq məqsədilə mütəmadi təlim və seminarlar təşkil edir.

Ayxan Hacıyev tələbələri “ATL Academy”də təklif olunan təlim və sertifikasiya proqramları ilə tanış edib, mobil tətbiqetmə inkişafının mərhələləri, “Swift” proqramlaşdırma dili və tətbiqlərin “App Store”a yerləşdirilməsi qaydaları haqqında ətraflı məlumat verib.

İnfosessiyada müasir mobil texnologiyaların inkişaf istiqamətləri, iOS əməliyyat sistemi üçün tətbiq hazırlama prosesi və bu sahədəki karyera imkanları müzakirə olunub. Təlimçi iOS proqramçısının peşəkar inkişaf yolu və layihə portfoliolarının formalaşdırılması ilə bağlı praktik tövsiyələr təqdim edib.

Qeyd olunub ki, iOS proqramlaşdırma yalnız texniki biliklər deyil, həm də yaradıcılıq, analitik düşüncə və problem həll etmə bacarığı tələb edir. Bu sahədə ixtisaslaşan gənclərin həm yerli, həm də beynəlxalq səviyyədə perspektivli və gəlirli karyera qurmaq imkanları var.

Xəbərlər

BDU-nun tələbə və məzunları üçün “Gələcəyin müəllimləri” təqaüd proqramı ilə bağlı infosessiya

BDU-nun tələbə və məzunları üçün “Gələcəyin müəllimləri” təqaüd proqramı ilə bağlı infosessiya
26/12/2025

Çinin Fudan Universitetinin nümayəndə heyəti BDU-da

Çinin Fudan Universitetinin nümayəndə heyəti BDU-da
26/12/2025

BDU Özbəkistanın Daşkənd Angren Universiteti ilə əməkdaşlıq edəcək

BDU Özbəkistanın Daşkənd Angren Universiteti ilə əməkdaşlıq edəcək
26/12/2025