BDU tələbələri üçün karyera planlama istiqamətində peşəkar təlim

25/05/2021

Bakı Dövlət Universitetində (BDU) tələbə və məzunların karyeralarını inkişaf etdirmələri, əmək fəaliyyətinə hazırlanmaları, ixtisaslarına uyğun iş tapmaları və uğur əldə etmələri istiqamətində tədbirlər görülür. Bu məqsədlə AzerGold QSC ilə BDU arasında imzalanmış 2021-ci il üzrə Fəaliyyət Planına əsasən “AzerGold” QSC-nin müvafiq əməkdaşları tərəfindən Universitetin bakalavriat səviyyəsinin III və IV kursunda təhsil alan tələbələr üçün  “Universitetdən karyeraya uğurlu keçid” adlı seminar keçirilib.

Seminarda  BDU-nun tələbə və magistrantları ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Mearlıq və İnşaat Universitetində dağ-mədən mühəndisliyi, geologiya, coğrafiya və inşaat mühəndisliyi ixtisaslarında təhsil alanlar iştirak ediblər.

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İnsan resurslarının idarəolunması şöbəsinin Təşkilati inkişaf sektorunun baş mütəxəssisi Valid Əliyev  “Gündəlik həyatımızdan gələcək hədəflərimizə doğru” adlı çıxışında gənclərin öz istəyinə çatması üçün atılacaq addımlardan danışıb. Karyera planlamasında vacib olan şəxsi profillərin və CV-nin tərtib olunması və beynəlxalq standartlara uyğunlaşdırılması, iş axtarışı və məlumat kanallarının tapılması, müsahibə mərhələsində tələbənin məlumatlandırılması, işəgötürən tərəfindən müsahibəyə çağırıldıqda davranış qaydaları barədə məlumat verib.

Seminarda çıxış edənlər mövzu ilə bağlı fikirlərini bildirib, belə seminarların gənclərin gələcək həyatındakı əhəmiyyətini qeyd ediblər.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Xəbərlər

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib
19/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsi keçiriləcək

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsi keçiriləcək
19/08/2026

BDU-nun Abituriyent Məlumat Mərkəzinə 600-dən çox müraciət qəbul olunub

BDU-nun Abituriyent Məlumat Mərkəzinə 600-dən çox müraciət qəbul olunub
19/08/2026