BDU tələbələri üçün "Marketinq" mövzusunda təlim

27/10/2022

Bakı Dövlət Universiteti (BDU) və “Paşa Həyat Sığorta” ASC arasında imzalanmış əməkdaşlıq memorandumuna uyğun olaraq tələbələr üçün "Marketinq" mövzusunda növbəti təlim keçirilib.
BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun baş mütəxəssisi İlkin Şərifov tələbələrə əmək bazarının tələblərinə uyğun olaraq keçirilən təlim və seminarların əhəmiyyəti barədə məlumat verib. O, tələbələri sektorun fəaliyyət istiqamətləri ilə tanış edib, marketinqin karyera və əmək münasibətlərində önəmli rola malik olduğunu bildirib.
Şirkətin Marketinq Mərkəzinin rəhbəri Ruslan Ələkbərov isə marketinqin tarixi, mövcud vəziyyəti haqqında iştirakçıları məlumatlandırıb. Əmək bazarında bu sahəyə olan tələbin getdikcə daha da artdığını qeyd edib.
Sonda iştirakçıların mövzu ətrafında çoxsaylı sualları cavablandırılıb.

Xəbərlər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
13/11/2026