BDU tələbələri üçün növbəti “ARB 24 NewsLab" təlim proqramı başlayıb

04/04/2023

Bakı Dövlət Universiteti (BDU) və “ARB 24” telekanalı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində növbəti "ARB 24 NewsLab" təlim proqramı başlayıb.

Proqram 3 ay davam edəcək. Müsahibə mərhələsindən uğurla keçən tələbələr daha sonra praktik məşğələlərə cəlb olunacaqlar. BDU və “ARB 24”ün birgə təşkilatçılığı ilə hazırlanan layihə xəbər hazırlanması, nitq mədəniyyəti, görüntü, videomontaj sahələrini əhatə edir.

Təlimin ilk günü BDU-da keçirilib. “ARB 24 TV”nin direktoru Radik Ismayılov həm layihə iştirakçılarına, həm də Jurnalistika fakültəsinin III kurs tələbələrinə təlim keçib.

Tədris proqramını uğurla başa vuran iştirakçılara sertifikat veriləcək və onların yarısı "ARB 24"də işlə təmin olunacaq.

Qeyd edək ki, bu, Bakı Dövlət Universiteti və “ARB 24” telekanalı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində reallaşan ikinci təlim proqramıdır. Birinci təlim proqramını uğurla başa vuran 4 namizəd 2022-ci il oktyabrından rəsmi şəkildə işə götürülüb və hazırda onlar “ARB 24”də fəaliyyətlərini davam etdirirlər.

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026