BDU tələbələri üçün Qoşulmama Hərəkatının Gənclər Təşkilatının məlumat sessiyası

06/12/2023

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə tələbələr üçün Qoşulmama Hərəkatının Gənclər Təşkilatının (QHGT) məlumat sessiyası keçirilib.

Sessiyada çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov bildirib ki, ölkəmizi dünyada layiqincə təmsil etmək, dövlət maraqlarını qorumaq vətəndaşlıq missiyasının tərkib hissəsidir. Məlumat sessiyanın keçirilməsində məqsəd BDU tələbələrini QHGT-nin fəaliyyəti ilə ətraflı tanış etmək, eləcə də təşkilatın gələcək layihələrində onların aktiv iştiraklarını təşviq etməkdir.

QHGT-nin protokol və tədbirlərin təşkili üzrə meneceri Nəzrin Qasımova təşkilatın missiyası, dəyərləri, strukturu, fəaliyyət istiqamətləri və gələcək prespektivləri ilə bağlı tələbələrə məlumat verib.

Sonra QHGT-nin 2019-2023-cü illər ərzində fəaliyyətinin xülasəsi təqdim edilib.

Sonda tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026