BDU tələbələri üçün “Startap və innovasiyalar” mövzusunda təlim

24/10/2024

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Nomail” MMC-nin təsisçisi və icraçı direktoru Aqşin Nəbizadə tərəfindən “Startap və innovasiyalar” mövzusunda təlim keçirilib.

Təlimdə yeni innovativ fikirlər və biznesin qurulması yolları barədə tələbələrə məlumat verilib. Həmçinin bazarın və risklərin dəyərləndirilməsi, layihələrin investorlara təqdim edilməsi, onlarla görüşlərə hazırlıq, komanda ilə işləmək qaydaları, mentorların seçilməsi, startap layihələrinə investor axtarışı istiqamətlərində təcrübələr bölüşülüb.

Təlimin məqsədi gənclərin startap sahəsində bilik və bacarıqlarının artırılmasına dəstək göstərməkdir.

Sonda tələbələrin mövzu ətrafındakı sualları cavablandırılıb.

Xəbərlər

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
28/10/2026

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb
28/10/2026

BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib

BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib
28/10/2026