BDU tələbələri üçün təlim: “Biznesdən ticarətə: satınalma necə işləyir?”

20/05/2026

“BDU könüllüləri” təşkilatının və “PRO LOG” Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə “Biznesdən ticarətə: satınalma necə işləyir?” adlı təlim keçirilib. Təlimin qonağı III “Yüksəliş” müsabiqəsinin qalibi, SOCAR-ın Satınalma Kateqoriya İdarəetməsi Departamentinin rəis müavini Fərid İsayev olub.

Təlimdə iştirakçılara biznesdən ticarətə keçid prosesində satınalmanın rolu, təchizat zəncirinin idarə olunması və müasir biznes mühitində bu sahənin əhəmiyyəti haqqında ətraflı məlumat verilib. Təqdimatda təchizat, biznes, ticarət və satınalma anlayışları izah olunub, məhsulun xammaldan son istehlakçıya çatmasına qədər keçdiyi mərhələləri əhatə edən təchizat zənciri haqqında danışılıb. Bildirilib ki, müasir dövrdə təchizat zəncirləri daha kompleks hala gəlib, rəqabət artıb, məhsul çeşidləri çoxalıb və istehlakçı tələbləri dəyişib. Eyni zamanda qlobal miqyasda baş verən müharibələr, fors-major hallar, pandemiyalar və “Black Swan” effektləri biznes mühitinə birbaşa təsir göstərir. COVID-19 pandemiyası nümunəsində təchizat zəncirinin pozulmasının səbəbləri və nəticələri iştirakçıların diqqətinə çatdırılıb.

Təlim çərçivəsində zamanın idarə olunması və proqnozlaşdırılması metodları da izah edilib. Ekspert rəyi, analoji və parametrik hesablamalar, həmçinin PERT formulu kimi metodların layihələrin planlaşdırılmasında və resursların düzgün idarə olunmasında əhəmiyyəti qeyd olunub.

Xəbərlər

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib
26/10/2026