BDU tələbələri üçün təlim: “Müasir geotexnologiyalar və faydalı qazıntıların işlənməsi”

06/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və “BDU könüllüləri” təşkilatının birgə təşəbbüsü ilə tələbələr üçün “Müasir geotexnologiyalar və faydalı qazıntıların işlənməsi” mövzusunda təlim keçirilib.

Təlimdə Faydalı qazıntılar kafedrasının baş müəllimi, fəlsəfə elmləri doktoru Rasim İsmayılov müasir geotexnologiyaların tətbiq istiqamətləri, faydalı qazıntı yataqlarının işlənməsi mərhələləri, ekoloji təhlükəsizlik amilləri, həmçinin innovativ yanaşmalar barədə təqdimat edib. Təlim zamanı müasir istehsalatda elmi biliklərin tətbiqi nümunələrinə də toxunulub.

Tələbələrin nəzəri biliklərini praktiki təcrübə ilə zənginləşdirmək, onların elmi potensialını artırmaq və gələcək peşə fəaliyyətində tətbiq edə biləcəkləri yeni yanaşmaları nümayiş etdirmək məqsədilə keçirilən təlim sual-cavab sessiyası ilə davam edib.

Daha sonra iştirakçılar BDU-nun “Faydalı qazıntılar” muzeyini ziyarət ediblər. Muzeydə müxtəlif faydalı qazıntı nümunələri, nadir mineral kolleksiyaları və geoloji eksponatlarla tanışlıq tələbələrdə böyük maraq doğurub.

Xəbərlər

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026