BDU tələbələri üçün təlim: "İnsanlar əslində bizə nə deyir?"

13/04/2026

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə tələbələr üçün bədən dili üzrə mütəxəssis Aytac Əzizbəyin "İnsanlar əslində bizə nə deyir?" mövzusunda təlimi keçirilib.

​Təlimin məqsədi tələbələrin ünsiyyət və kommunikasiya bacarıqlarını inkişaf etdirmək olub.

Təlimçi effektiv və işgüzar ünsiyyətdə natiqlik bacarıqlarının mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb, bədən dili, jest və mimikalar, səs tonu və emosional vurğuların ünsiyyətdəki yeri barədə ətraflı məlumat verib. Bədən dilinin gündəlik həyatda, iş mühitində və sosial münasibətlərdəki rolunu təqdimatlar vasitəsilə izah edib. O cümlədən ünsiyyətin səmərəliliyini artırmaq üçün aktiv dinləmək, düzgün suallar vermək, empatiya və bədən dili kimi amilləri necə istifadə etmək barədə iştirakçılara təlimatlar verib.

Sonda tələbələrin sualları cavablandırılıb.

 

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026